Mavritaniya Prezidenti yeni hökuməti formalaşdırıb
09 Avqust, 21:32   |    Baxış sayı: 128

Mavritaniya Prezidenti yeni hökuməti formalaşdırıb

Avqustun 1-də keçirilən inauqurasiya mərasimində and içərək fəaliyyətə başlayan Mavritaniyanın yeni Prezidenti Məhəmməd uld əş-Şeyx əl-Qəzuani avqustun 9-da növbəti hökumətin formalaşdırıldığını elan edib. 

Diasporpress.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin rəsmi televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, 63 yaşlı Prezident 1960-cı ildə Fransanın müstəmləkəsi olmaqdan azad olan Mavritaniyanın onuncu dövlət başçısıdır. O, iyunun 22-də keçirilmiş prezident seçkilərində səslərin 52 faizini toplayaraq qələbə qazanıb.

Ölkənin yeni lideri hökumətin qarşısında iqtisadi islahatların sürətləndirilməsi vəzifəsini qoyub. Bundan əvvəlki Prezident Məhəmməd uld Əbdüləziz hər biri beş il olmaqla iki müddət dövlət başçısı olub.
 
Diasporpress.az