Macarıstan nəşri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən yazır
19 Aprel, 12:35   |    Baxış sayı: 539

Macarıstan nəşri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən yazır

Macarıstanın "newjsag.hu” portalında dərc olunan "Fuad Muradov: hər bir rəhbərin ən dəyərli aktivi onun komandasıdır!” adlı məqalədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən danışılır.

AZƏRTAC xəbər verir ki, müəllif əzəldən Gürcüstan, İran, İraq, Əfqanıstan, Rusiya Federasiyasının Cənubi Dağıstan regionunda, həmçinin azərbaycanlıların köçdükləri ölkələrdə çoxsaylı diaspor fəaliyyətindən söhbət açır.

Məqalədə bu ilin fevral ayında Berlində Ümumavropa Qarabağ mitinqinin uğurla keçməsindən, Budapeştdə "Azərbaycan Evi”nin açılışından da bəhs olunur.

Müəllif Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun sözlərindən sitat gətirərək deyir ki, yaxşı rəhbərlər, ilk növbədə, dövlətə və qanunun aliliyinə sədaqətli olmalı və Azərbaycanın maraqlarını qorumalıdırlar. Menecer daim özünü komandanın üzvü hesab etməli, təlimatlara fokuslanmamalı, öz əməkdaşları ilə faydalı ideyaları bölüşməlidir. "Əgər siz öz işinizi sevirsinizsə, o zaman dəyişikliklərdən və inkişafdan çəkinməyin, daim yaxşı nümunə göstərməyə çalışın”, - deyə Fuad Muradovun sözlərindən misal çəkilir.

Məqalədə Vətən haqqında müasir reallıqların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun böyük rolundan da söhbət açılır.

 

DiasporPress.az