Ölkə vətəndaşları hökumətin fəaliyyətini bəyənir-SORĞUNUN NƏTİCƏSİ BELƏ DEYİR
18 May, 14:31   |    Baxış sayı: 1410

Ölkə vətəndaşları hökumətin fəaliyyətini bəyənir-SORĞUNUN NƏTİCƏSİ BELƏ DEYİR

"Vətəninfo.az” İnformasiya Agentliyinin "Strateji araşdırmalar mərkəzi” koronovirus pandemiyası ilə bağlı respublika hökuməti tərəfindən həyata keçirilən tədbirlərin əhali tərəfindən necə qarşılandığını öyrənmək məqsədi ilə sorğu keçirmişdir. Sorğuda respondentlərə aşgıdakı sualla müraciət edilmişdir :
-Koronovirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə hökumət tərəfindən həyata keçirilən kompleks tədbirləri necə qiymətləndirirsiniz ?
785 nəfər respondentin iştirak etdiyi sorğunun nəticələri aşağıdakı kimi olmuşdur:
1)Tam qənaətbəxş qiymətləndirirəm                             - 702 nəfər,  89,43%   
2)Qismən qənaətbəxş qiymətləndirirəm                        -  64 nəfər,    8,15 %   
3)Qeyri-məqbul qiymətləndirirəm                                - 19 nəfər,     2,42 %   

Sorğuda iştirak edənlərin 387 nəfərini, yəni 49,3%-ini kişilər, 398 nəfərini, yəni 50,7%-ini isə qadınlar təşkil etmişdir. 
Respondentlərdən 321 nəfəri, yəni 40,89 %-i orta təhsilli, 38 nəfəri, yəni  4,84 %-i orta-ixtisas təhsilli, 379 nəfəri, yəni 48,28 %-i ali təhsilli, 19 nəfəri, yəni 2,42 %-i doktorant və elmi dərəcəsi olanlar, 28 nəfəri, yəni  3,57 %-i isə tələbələr olmuşdur. 
Sorğuda 722 nəfər, yəni  40,89 % işləyən,  24 nəfər, yəni  3,06 % işsiz,  39 nəfər, yəni  4,97 % isə təqaüddə olan respondent iştirak etmişdir.  
 
DiasporPress.az