Lənkəranda avtomobil ağaca çırpılıb: Ölən və yaralanan var
12 Avqust, 11:14   |    Baxış sayı: 27

Lənkəranda avtomobil ağaca çırpılıb: Ölən və yaralanan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində "Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılıması və köməyə ehtiyacın olması barədə məlumat daxil olub.

Nazirlikdən Diasporpress.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Diasporpress.az