Küləkli hava ilə əlaqədar mərkəzi aparat və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır - “Azərenerji”
05 Avqust, 17:23   |    Baxış sayı: 255

Küləkli hava ilə əlaqədar mərkəzi aparat və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır - “Azərenerji”

Küləkli hava ilə əlaqədar "Azərenerji” ASC-nin elektrik stansiyalarında və yüksək gərginlikli ötürmə xətlərində heç bir problem yaranmayıb. 

Bunu Diasporpress.az-ın sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib. 

Onun sözlərinə görə, tələbata uyğun olaraq enerji istehsal olunur və ötürülür. 

"Hava şəraiti ilə bağlı "Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır", - deyə T.Abdullayev qeyd edib. 
 
Diasporpress.az