Krımda azərbaycanlılar arasında kütləvi dava ölümlə nəticələndi
17 İyun, 12:06   |    Baxış sayı: 147

Krımda azərbaycanlılar arasında kütləvi dava ölümlə nəticələndi

Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.

 
Diasporpress.az xəbər verir ki, Rusiyanın Kirov vilayətində "Azərbaycan” Fondunun prezidenti Elnur Hüseynovun verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.
 
 
Diasporpress.az