Koronavirusla bağlı son STATİSTİKA
29 Aprel, 11:39   |    Baxış sayı: 3800

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada koronavirusa 3 138 895 insan yoluxub.

Virusdan ölənlər 218 010, sağalanlar isə 956 070 nəfərdir.

 

Qitələr arasında ən çox yoluxma (1 322 784) və ölüm halı (126 431) Avropada müşahidə edilir.

Ölkələr arasında virusa yoluxanların sayına görə ilk üçlükdə ABŞ (1 035 764), İspaniya (232 128) və İtaliyadır (201 505). Ölüm hallarına görə İtaliya (27 359) İspaniyadan (23 822) irəlidədir.

Azərbaycanın sərhəd qonşuları arasında virusa ən çox yoluxma Türkiyədə (114 653), ölüm halı isə İranda (5 877) qeyd edilir.

Ölkəmizdə koronavirusa yoluxanlar 1 717 nəfərdir. 22 nəfər virusdan həyatını itirib, 1 221 nəfər isə sağalıb.

 

DiasporPress.az