Konstitusiya Məhkəməsi seçki nəticələrinə “HƏ” dedi
05 Mart, 12:47   |    Baxış sayı: 304

Konstitusiya Məhkəməsi seçki nəticələrinə “HƏ” dedi

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclasında qərar çıxarılıb.

Diasporpress.az-ın məlumatına görə, qərara görə, parlament seçkilərinin nəticələri təsdiqlənib.

Qeyd edək ki, qanunvericiliyə görə, qərardan sonra bir həftə müddətində yeni çağırış Milli Məclisin ilk iclası keçirilməlidir.

Xatırladaq ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Seçkilərlə əlaqədar 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran Kənd və 80 saylı İmişli-Beyləqan Seçki dairələrinin nəticələri etibarsız sayılıb.




Diasporpress.az