Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər
08 Avqust, 11:04   |    Baxış sayı: 130

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər

ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

Diasporpress.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.
 
Diasporpress.az