Ölkə

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı – Şervin Nəcəfpur FOTOLAR

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı – Şervin Nəcəfpur FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli mirasımızın mənşəyi xaricdəki moda həftəsində ayaqda alqışlanıb.

DiasporPress.az xəbər verir ki, Norveç doğumlu Azərbaycan əsilli modelyer və diaspor fəalı Şervin Nəcəfpur (Shervin Najafpour) bütün varlığı ilə doğma vətəninə olan sevgisini gördüyü işlərdə ortaya qoyur.

Gənc xanım Norveçdə dünyaya göz açıb, valideynləri isə Güney Azərbaycanın Urmiya bölgəsindəndir. Qürbətdə doğulmasına baxmayaraq, Şervin Nəcəfpur Azərbaycan həqiqətlərini daima gördüyü işlərlə ictimaiyyətə çatdırmağa çalışır və illərdir buna nail olub. Bir neçə sahədə fəaliyyət göstərən gənc xanım, yaddaşlarda keçən il Antalya Moda Həftəsində atdığı böyük addımla qalıb. “Mən Qarabağa – evimə qayıtmaq istəyirəm şüarı həftələrcə bir çox dünya mətbuatının diqqətini cəlb etməyi bacardı”.

Lakin Şervin moda sektoruna addımını atdığı ilk gündən bu günə qədər hər kolleksiyasının ilhamını Türk dünyasından tapıb və ona həsr edib. Türkiyədə “Antalya Fashion Week 2020” adı altında keçirilən moda günlərində modelyer Şervin Nəcəfpurun “Land of our origin” (Milli mirasımızın mənşəyi) kolleksiyası ayaqda alqışlanıb.

Tarixdəki Türk izlərini geyimlərində əks etdirən modelyerin moda nümayişini tanınmış modellər ayaqda alqışlayıb. Kolleksiya 15 geyimdən ibarətdir, Azərbaycan bayrağı rənglərinin tərkibində qayaüstü rəsmlər ilə bəzədilən geyimlər modasevərlər tərəfindən ayaqda alqışlanıb.

Ənənəvi olaraq hər il keçirilən “Antalya Fashion Week” dəfiləsinin təşkilatçısı Eda Meltem Yılmazdır. Şervin Nəcəfpurun moda nümayişi baş tutmazdan əvvəl, Eda Meltem Yılmaz şəxsən səhnəyə çıxıb modelyer haqqında dəyərli ürək sözlərini gələn 1200-dən çox qonaq ilə bölüşüb. O deyib ki “Şervin Nəcəfpur Norveçdə doğulan, amma Türk dünyasını öz geyimlərində birləşdirən və çox sevən dəyərli vətənpərvər dostumdur. Keçən il dünyaya çox vacib sosial mesajlar göndərərək, bu il də geyimləri ilə Türk tarixinin izlərini sizə təqdim edəcək. Geyimləri və fondakı animasiyalar ilə vacib mesajlar paylaşacaq”.

Şervin Nəcəfpur bu il də Azərbaycan əsilli makiyaj sənətçisi Aygün İbrahimova ilə əməkdaşlıq edib. Şervin Nəcəfpurun dediyinə görə: “Ötən il Aygün xanım ilə gözəlb əməkdaşlığımız baş tutdu, həmyerlim ilə birgə bu il də çox maraqlı işlərə qərar verdik. Bütün modellərin üzlərində qayaüstü rəsm çəkilmişdi. Bir türk övladı olaraq hər zaman çalışıram ki, vətənə borcumu layiqli şəkildə ödəyim. Və bir çoxlarına məlumdur ki, uzun illərdir diaspor fəaliyyəti ilə də məşğulam. CAN təşkilatının sədri kimi missiyamız Norveç və Azərbaycan arasında güclü dostluq münasibəti yaratmaqdır. Antalya Moda Həftəsində fərdi olaraq bu addımı atsam da, yenə də türk əsilli olaraq bu addımı atıram. Hər bir sənət insanı fərqli mövzulardan ilham alır. Hər zaman çalışıram ki, öz tariximizdən və mədəniyyətimizdən ilham alım. Bir diaspor təşkilatı sədri kimi də Norveç və Azərbaycanı birləşdirən Tur Heyerdalın nəzəriyyəsindən yola çıxaraq qayaüstü rəsmləri əks etdirməyə çalışdım. Milli motivlərimizi istifadə etməyimin əsas səbəbi isə mirasımızı dünyaya tanıtmaqdır. Geyimlərdə qayaüstü rəsmləri əl ilə işləmişəm. Zaldan gələn alqışları eşidəndə böyük qürur hissi keçirdim. Kolleksiyamın bəyənilməsi məni çox ruhlandırdı. Xaricdən gələn əziz və dəyərli qonaqlarıma sonsuz təşəkkürümü bildirirəm”.

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı - Şervin Nəcəfpur FOTOLAR

 

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı - Şervin Nəcəfpur FOTOLAR

 

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı - Şervin Nəcəfpur FOTOLAR

 

Kolleksiyamın bəyənilməsi məni ruhlandırdı - Şervin Nəcəfpur FOTOLAR