Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar - Səhiyyə Nazirliyi
23 Avqust, 12:04   |    Baxış sayı: 52

Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar - Səhiyyə Nazirliyi

Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğında xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar.

Bu barədə Diasporpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən yoxdur.
 
Diasporpress.az