Kişi boksçularımız dünya çempionatının hazırlığına start veriblər
19 Avqust, 16:54   |    Baxış sayı: 58

Kişi boksçularımız dünya çempionatının hazırlığına start veriblər

Kişilərdən ibarət boks üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından Diaspress.az-a verilən məlumata görə, toplanış kişilər arasında keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 idmançı iştirak edir.

Dünya çempionatı sentyabrın 7-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
 
Diaspress.az