Kiprdə “Qarabağ”a qarşı erməni təxribatı
07 Avqust, 11:33   |    Baxış sayı: 23

Kiprdə “Qarabağ”a qarşı erməni təxribatı

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ” klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb. Ağdam təmsilçisi Kiprdə APOEL-lə qarşılaşıb.

Diasporpress.az xəbər verir ki, paytaxt Nikosiyada keçirilən görüşdə Azərbaycana qarşı təxribata əl atılıb. Belə ki, stadionun "Qarabağ"a aid olan hissəsinə yaxın yerdə işğalçı Ermənistanın bayrağı asılıb. 

Belə bir təxribatçı addımın APOEL-in ermənipərəst azarkeşləri tərəfindən siyasi məqsədlə atıldığı şübhə doğurmur. 

Qeyd edək ki, APOEL tərəfdarlarının təzyiqlərinə baxmayaraq, "Qarabağ" səfər matçında 1:2 hesablı qələbə qazanıb.

Diasporpress.az