Kiçik İsgəndər vəfat etdi
03 İyul, 13:24   |    Baxış sayı: 339

Kiçik İsgəndər vəfat etdi

Türkiyənin tanınmış şairi Kiçik İsgəndər ləqəbi ilə tanınan Derman İskender Över vəfat edib.

"Sözcü” yazır ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 55 yaşlı qələm ustası bu gün dünyasını dəyişib.

Ədəbiyyat aləmində daha çox şair kimi tanınan Kiçik İsgəndər roman, esse kimi janrlara da müraciət edib. Bir sıra mükafatlar qazanıb.

O, məşhur "Ağır roman” filmində özünü aktyor kimi də sınayıb.

Diasporpress.az