Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb
21 Yanvar, 11:02   |    Baxış sayı: 327

Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda baş verən avtomobil qəzası nəticəsində erməni ölüb.

Diasporpress.az "Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistanın Vayotsdzor vilayətinin Qladzor kəndinin O.Q. adlı sakinin idarə etdiyi "Niva” markalı avtomobil Kəlbəcərdə dərəyə aşıb. Nəticədə sürücü və həmin kəndin daha 2 sakini ölüb, 1 nəfər isə ağır yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.