Kaspişik Qarabağa səfər edib
25 İyul, 12:53   |    Baxış sayı: 55

Kaspişik Qarabağa səfər edib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. 

Diasporpress.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağdakı qondarma qurumun "rəhbəri" Bako Saakyanla görüş zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub.

Münaqişə zonasında sabitliyin qorunmasının vacibliyi vurğulanıb. 

Diasporpress.az