Kamera və Orqan Musiqisi zalında gənc ifaçıların konserti olacaq
06 Avqust, 15:53   |    Baxış sayı: 28

Kamera və Orqan Musiqisi zalında gənc ifaçıların konserti olacaq

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək” layihəsinin növbəti konsert proqramı təqdim olunacaq.

Diasporpress.az xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Respublika İncəsənət Gimnaziyasının "Qanun kvarteti”, Natəvan Həsənova (qanun), Svetlana Əhmədova (piano), Emil Qurbanov (tar), Aytən Babayeva (piano), Surə Rüfət (violin), Cəmalə Abdinzadə (piano), İsmayıl Zülfüqarov (tar), Atabəy İsmayılov (piano), Sevinc Kərimova (piano), Aytən Rüstəmova (kamança), Hüseyn Nağıyev (kamança) Lalə Əhmədova (bəstəkar) və başqa gənc ifaçılar çıxış edəcəklər.

Konsert zamanı Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət ediləcək.
 
Diasporpress.az