İtaliyada zeytun yağı istehsalı kəskin sürətdə azalıb
08 Mart, 11:11   |    Baxış sayı: 178

İtaliyada zeytun yağı istehsalı kəskin sürətdə azalıb

İtaliyada iqlim dəyişkənliyi nəticəsində ziyanverici həşəratların aktivləşməsi ölkədə yerli zeytun yağı istehsalının 57 faizədək azalmasına səbəb olub.

diasporpress.az "telegraph.co.uk” saytına istinadla xəbər verir ki, ölkədə yaz aylarında qeyri-ənənəvi şaxtalar, yayda isə müşahidə edilən ekstremal quraqlıq məhsuldarlığı aşağı salıb.

Tədqiqatlar göstərir ki, ölkədə aprel ayına kimi zeytun yağı istehsalının tükənmək ehtimalı var. Alimlər ölkənin tezliklə İspaniya, Yunanıstan, Türkiyə və Tunisdən zeytun yağı idxal etmək məcburiyyətində qalacağını qeyd ediblər.

"Coldiretti” təşkilatının məlumatına əsasən, ötən il anomal hava şəraiti zeytun sektoruna təxminən 1 milyard avro dəyərində ziyan vurub.

Zeytun istehsalının 57 faiz azalması son 25 ildə baş verən ən arzuolunmaz haldır və bu, xüsusən də ölkənin cənubda minlərlə müəssisəni təhlükə altında atıb.