İtaliya millisinin sabiq baş məşqçisi Çində işləyəcək
29 İyul, 22:17   |    Baxış sayı: 125

İtaliya millisinin sabiq baş məşqçisi Çində işləyəcək

Futbol üzrə İtaliya milli komandasının sabiq baş məşqçisi Roberto Donadoni karyerasını Çində davam etdirəcək. 

Diasporpress.az-ın məlumatına görə, o, "Şençjen” klubunun "sükanı arxasına” keçəcək. 

55 yaşlı mütəxəssis Asiya təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb. Ötən il "Boloniya”dan ayrıldıqdan sonra işsiz qalan çalışdırıcı yaxın günlərdə rəsmi anlaşmaya imza atacaq. 

Qeyd edək ki, 2006-2008-ci ildə millinin baş məşqçisi olan R. Donadoni "Liverno”, "Cenoa”, "Napoli”, "Kalyari” və "Parma”da da işləyib. 

 
Diasporpress.az