İşğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri öldürülüb.
Diasporpress.az erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilir. Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur.
2000-ci i təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.
Diasporpress.az