İranın ABŞ bazalarına hücumunda yaralanan hərbçilərin sayı 100-ü keçdi

Yanvarın 8-də İranın İraqdakı ABŞ bazalarına hücumu zamanı 109 hərbçi kəllə-beyin travması alıb.

İranın ABŞ bazalarına hücumunda yaralanan hərbçilərin sayı 100-ü keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 8-də İranın İraqdakı ABŞ bazalarına hücumu zamanı 109 hərbçi kəllə-beyin travması alıb.

Bu barədə TASS məlumat yayıb.

Pentaqondan bildirilib ki, onlardan 76-sı artıq xidmətə qayıdıb.

Bir müddət əvvəl isə ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, hücum zamanı ölən və yaralanan olmayıb.

Sonradan ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi general-polkovnik Tomas Kembell 50 hərbçinin kəllə-beyin travması aldığını bəyan etmişdi. Yanvarın sonunda isə KİV-də 64 yaralı olduğu barədə məlumat yayılmışdı.

Xatırladaq ki, sözügedən hücum Bağdadda ABŞ ordusunun həyata keçirdiyi aviazərbələr nəticəsində iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab idi.

 

DiasporPress.az