İranda 5 terrorçudan ibarət qrup məhv edilib
11 İyul, 17:41   |    Baxış sayı: 21

İranda 5 terrorçudan ibarət qrup məhv edilib

İran hərbçiləri ölkənin qərbində beş terrorçudan ibarət qrupu məhv edib.

Diasporpress.az RİA "Novosti"yə istinadən xəbər verir ki, "Fars" agentliyi terrorçuların İraqla həmsərhəd olan Kermanşah vilayətində İran sərhədindən keçməsi barədə məlumat verib.

Əməliyyat zamanı İranın təhlükəsizlik qüvvələri bu qrupa məxsus çox sayda silah-sursat, əlaqə vasitələri aşkar edib.
 
Diasporpress.az