İran Zəriflə Trampın görüşünə razılıq vermədi
03 Avqust, 17:51   |    Baxış sayı: 37

İran Zəriflə Trampın görüşünə razılıq vermədi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyul ayında ABŞ prezidenti Donald Trampla görüşlə bağlı dəvətnamə alıb.
 
Diasporpress.az xəbər verir ki, bu barədə "The New Yorker" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 

Qeyd olunub ki, dəvətnamə Zərifə amerikalı konqresmen Rend Pol tərəfindən nazirlə görüş zamanı təqdim edilib. Öz növbəsində Zərif dəvətnaməni İran hökumətinə təqdim edib. Lakin İran tərəfi görüşə razılıq verməyib. 
 
Diasporpress.az