Çində 5 bal gücündə zəlzələ olub
18 Avqust, 13:09   |    Baxış sayı: 56

Çində 5 bal gücündə zəlzələ olub

Çin Xalq Respublikasının Tayvan adasında 5 bal gücündə zəlzələ olub.

Diasporpress.az Çin Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 12:05-də Xualien dairəsində qeydə alınıb. Zəlzələ ocağı yer səthində 6 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.
 
Diasporpress.az