İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edir - FOTOLAR/YENİLƏNİB
14 Mart, 12:52   |    Baxış sayı: 308

İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edir - FOTOLAR/YENİLƏNİB

Bu gün Bakıda "Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu keçirilir.

 
 

diasporpress.az xəbər verir ki, forumun açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Montoneqro Prezidenti Mila Dukanoviç, Bolqarıstanın baş naziri Boyko Borisovun çıxışı gözlənilir.

***

Martın 14-də Azərbaycanın paytaxtında "Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.