İlham Əliyev : Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən Əli Kərimli idi

Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən Əli Kərimli idi. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İlham Əliyev : Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən Əli Kərimli idibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki çıxışında 1992-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş şəxsləri xarakterizə edib. O, AXC dövründə dövlət katibi işləmiş Əli Kərimli haqqında aşağıdakıları deyib:
“Baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin.
Dövlət katibi istəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, – özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.
Xatırladırıq ki, dövlət başçısı 2016-cı il yanvarın 29-da gənclərlə keçirdiyi görüşdə Əli Kərimlinin 1990-cı ilin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq, parlamentə düşdüyünü bildirmişdi: “Dövlət katibi komsomolçu idi – sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”.

P.S. Əli Kərimlidə zərrə qədər ləyaqət olsa, bütün bunlardan sonra siyasətdən birdəfəlik gedər.

 

DiasporPress.az