İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı – FOTO

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.

İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.

DiasporPress.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən mükafatlandırma mərasimində yeddi nominasiya üzrə qalib müəyyənləşib.

Əvvəlcə İAM-ın rəhbəri Elşən Məmmədov çıxış edərək yeddinci dəfə bu tədbiri keçirdiklərini və idmançılarımızın il ərzində qazandıqları nəticələrdən danışıb.

O bildirib ki, qaliblər 56 idman jurnalistinin iştirak etdiyi səsverməyə əsasən müəyyənləşib. Həmin yeddi qalib bunlardır:

İlin idman xadimi – Mahir Məmmədov (FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

İlin futbolçusu – Emil Balayev (Milli komandamızın və Qazaxıstanın “Tobol” klubunun qapıçısı)

İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”ın yarımmüdafiəçisi)

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı – Teymur Rəcəbov (Şahmat)

Bundan başqa, xüsusi mükafatlar da verilib:

“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)