İğdırda 60 ailəyə ərzaq yardımı edilib
11 May, 15:42   |    Baxış sayı: 961

İğdırda 60 ailəyə ərzaq yardımı edilib

Türkiyənin İğdır şəhərində yaşayan və koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklə qarşılaşmış azərbaycanlılara dəstək aksiyası keçirilib.

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) İğdır şöbəsindən bildirilib ki, əvvəlcə iş yerləri müvəqqəti bağlandığı üçün hazırda işləməyən azərbaycanlıların siyahısı müəyyənləşdirilib. Bu zaman Türkiyənin digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına keçmək üçün İğdıra gələn soydaşlarımızın da durumu nəzərə alınıb.

TÜRKAZDER-in dəstəyilə İğdır şöbəsi 60 aztəminatlı ailəyə ərzaq yardımı göstərib. Zəruri ərzaq məhsullarından ibarət bağlamalar birbaşa ünvanlara çatdırılıb.

 

DiasporPress.az