“Diaspor fəaliyyətində xidmətə görə” medal TƏSİS olunur
22 Oktyabr, 14:52   |    Baxış sayı: 156

“Diaspor fəaliyyətində xidmətə görə” medal TƏSİS olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Diasporpress.az-ın xəbərinə görə, bildirilib ki, qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edilir. Bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.