Hərbi hissədə partlayış: iki hərbçi ölüb
06 İyul, 13:17   |    Baxış sayı: 179

Hərbi hissədə partlayış: iki hərbçi ölüb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Diasporpress.az-a verilən məlumatına əsasən, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.
 
Diasporpress.az