Həmyerlimiz Rusiyada öz yerli markasını yaradıb
25 Sentyabr, 14:11   |    Baxış sayı: 62

Həmyerlimiz Rusiyada öz yerli markasını yaradıb

Diasporpress.az xəbər verir ki, Azərbaycanlı iş adamı Rusiya fedarasiyasında öz yerli markasını yaradıb. Marka geyim sahəsini əhatə edir. Keyfiyyətinə və xüsusi zövqlə hazırlanan modellərinə görə VALEHİNO kişi geyimləri rusiya daxili bazarında tələb olunan markalardan birinə çevrilib. Qeyd edək ki, bundan öncə VALEHİNO markası CASUCİ adı altında istehsal olunurdu və Rusiya daxili bazarında geniş rəğbətlə qarşılanırdı. VALEHİNO markasının yeni yaradılmasına baxmayaraq artıq ölkənin nüfuzlu ticarət mərkəzlərində satışı həyata keçirilməkdədir. Xatırladaq ki, artıq çox böyük nüfuza malik olan onlayn satış portalı WILDBERRIES proqramında VALEHİNO markasının istehsalı olan kişi geyimlərini dünyanın dörd bir yanına sifariş edə bilərsiniz.

VALEHİNO markasının qurucusu Priyev Xoşbəxt Valeh oğlu Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə köçmüş və elə həmin il ali məktəbə daxil olmuşdur. Qeyd edək ki, P.Xoşbəxt "Prezident yanında Dövlət İdarəçilik Akademiyas"ını Qırmızı Diplomla bitirib. Ailəlidir bir övladı var.

Biz də öz növbəmizdə VALEHİNO ailəsini təbrik edir, uğurlar arzulayırıq. Hər bir soydaşımızın ölkə hüdudlarından kənarda qazandığı uğur bizim uğurumuzdur. Təbriklər VALEHİNO!

Həmyerlimiz Rusiyada öz yerli markasını yaradıb

Həmyerlimiz Rusiyada öz yerli markasını yaradıb

Həmyerlimiz Rusiyada öz yerli markasını yaradıb