Hamı AND-ın Frankfurt qurultayına hazırlaşır...
13 Sentyabr, 13:20   |    Baxış sayı: 86

Hamı AND-ın Frankfurt qurultayına hazırlaşır...

Məlum olduğu kimi sentyabr ayının 21-də Almaniyanın Frankfurt şəhərində Azərbaycan Naminə Demokratiya hərəkatının (AND) qurultayı keçirilməsi nəzərdə tutulur. Bu tədbirin baş tutması hakimiyyəti hərəkətə gətirib. Bununla bağlı olaraq sosial şəbəkələrdə müxtəlif formada elanlar yerləşdirilərək yalnız hərəkatın deyil ümumiyyətlə avropada siyasi mühacir həyatı yaşayan azərbaycanlıların hər birinin həmin tədbirə dəvət edilməsi ilə bağlı piyar aparılır. Verilən elanlardan açıq şəkildə görünür ki, həmin elanlar hakimiyyət trolları tərəfindən yayılır.

Bəs AND-ın tədbirinə avropada yaşayan bir o qədərdə fəal olmayan siyasi mühacirlərin qatılmağı hakimiyyətin nəyinə lazımdır? Ağıla gələn ilk versiya onların miqyasının müəyyən edilərək kimliklərinin tanınması ola bilər. Görünən odur ki, hakimiyyət bu qrultaydan istifadə edərək, hələ tam aqressivləşməmiş, aktiv fəaliyyət göstərməyən siyasi mühacirləri müəyyən edərək onlara müxtəlif yollarla, ölkədə yaşayan qohumları və sair təsir edərək gələcək fəaliyyətlərinə təsir etmək məqsədi güdür.

Eyni zamanda bu yaxınlarda Rusiyada yaşayan siyasi fəal Elvin İsayevin Rusiya vətəndaşlığının ləğv edilərək həbs edilməsi və Azərbaycana deportasiyasına hazırlıqların başlaması, ardınca Almaniyanın Deggendorf şəhərində yaşayan tanınmış jurnalist Azər Kazımzadənin ciddi bir əsas olmadan, qaçqın kampında baş verən kütləvi davaya görə polis tərəfindən saxlanılaraq həbs edilməsi ciddi şübhələr yaradır.

Hamı AND-ın Frankfurt qurultayına hazırlaşır...


"Leqat” inteqrasiya mərkəzinin rəhbəri vəkil Əlövsət Əliyevin verdiyi məlumata görə Azər Kazımov həmin davanın iştirakçısı yox, əksinə, insanları sakitləşdirən mövqedən çıxış etməsi, və orada iştirak etdiyi şübhəli olan qaçqın düşərgəsində heç kəsin tanımadığı bir əcnəbinin ifadəsi əsasında həbs edilməsi Avropada yaşayan mühacirlərə qarşı yeni dalğanın başlamasından xəbər verir. Əlbəttə, bütün bunların fonunda hakimiyyət üçün siaysi mühacirlərin daha geniş şəbəkəsinin aşkar edilməsi və onlara qarşı müxtəlif addımlar atılması üçün AND hərakatının həyata keçirəcəyi qrultayın əhəmiyyətli rolu ola bilər.