Hakim “Gürcü arzusu” partiyası hökumətdə dəyişikliklərlə bağlı qərar qəbul edib
02 Sentyabr, 14:43   |    Baxış sayı: 88

Hakim “Gürcü arzusu” partiyası hökumətdə dəyişikliklərlə bağlı qərar qəbul edib

Gürcüstanın hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyası hökumətdə kadr dəyişikliyi ilə bağlı qərar qəbul edib.

Diasporpress.az xəbər verir ki, bu barədə yerli mətbuat hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Baş Nazir postuna hazırki Daxili İşlər naziri Georgi Qaxaria təyin olunacaq. Onun yerinə isə bir neçə il əvvəl Baş Nazir və Daxili İşlər naziri işləmiş İrakli Qaribaşvili namizəddir.

Hökumətdəki dəyişikliklərlə bağlı sentyabrın birinci həftəsində rəsmi məlumat veriləcək.
 
Diasporpress.az