Gürcüstanda yeni siyasi partiya yaradılıb
27 May, 12:53   |    Baxış sayı: 35

Gürcüstanda yeni siyasi partiya yaradılıb

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri "Ədalət naminə” adlı partiya yaradıblar.

DiasporPress.Az xəbər verir ki, bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.

O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.

Partiyanın təsis qurultayı iyunun 20-də keçiriləcək.

E.Beselia ilə yanaşı, partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir. Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər.(report)