Gürcüstanda milli valyutanın ucuzlaşması dövlət borcunun artmasına səbəb olub
05 Sentyabr, 17:40   |    Baxış sayı: 84

Gürcüstanda milli valyutanın ucuzlaşması dövlət borcunun artmasına səbəb olub

Gürcüstan milli valyutası GEL-in (lari) dəyərini itirməsi nəticəsində ölkənin xarici borcu son bir ildə bir neçə milyard dollar artıb.

Diasporpress.az xəbər verir ki, bunu jurnalistlərə İlia Dövlət Universitetinin biznes məktəbinin rəhbəri Giorgi Abaşişvili deyib.

İqtisadçı ekspertlərin larinin dəyərinin itirməsi ilə bağlı araşdırma apardığını vurğulayan Abaşişvili bildirib: "Araşdırma zamanı məlum olub ki, larinin ucuzlaşması bir sıra fundamental amillərlə bağlıdır. Milli valyutanın dəyərini itirməsi ölkənin iqtisadi cəhətdən inkişafına ciddi maneə törətməklə yanaşı, insanların da həyatına mənfi təsir göstərir”.

Onun sözlərinə görə, 2019-cu ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə valyutada olan dəyişikliklər səbəbindən Gürcüstanın xarici dövlət borcu bir neçə milyard dollar artıb.

Məlumat üçün qeyd edək ki, Gürcüstan milli valyutası ucuzlaşmaqda davam edir. Hazırda ölkədə ABŞ dolları 2,96,83 lariyə dəyişdirilir.
 
Diasporpress.az