12 İyul, 20:21   |    Baxış sayı: 280

"Gürcüstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - Parlament sədri

Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin parlamentləri də bu kontekstdən çıxış edərək əlaqələri daha da möhkəmləndirirlər.

Diasporpress.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Arçil Talakvadze söyləyib.

O deyib ki, bu gün Gürcüstan parlamentində 4 azərbaycanlı deputat var. Bu da münasibətlərimizin bir nümunəsidir.

Sədrin sözlərinə görə, Gürcüstan bundan sonra Azərbaycan dövləti, xalqı ilə dostluq və tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcək və möhkəmlənəcək. "Ümid edirəm ki, parlamentlərarası münasibətlər də bundan sonra daha da inkişaf edəcək”, - deyə A.Talakvadze vurğulayıb.
 
Diasporpress.az