Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır
23 Avqust, 16:20   |    Baxış sayı: 46

Güllə atıcılığı üzrə Paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır

Güllə atıcılığı üzrə Paralimpiya milli komandamız dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplanışı keçirir.

Milli Paralimpiya Komitəsindən Diasporpress.az-a bildiriblər ki, hazırlıq prosesi sentyabrın 3-dək davam edəcək.

Toplanış oktyabrda Avstraliyanın Sidney şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat "Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verəcək.
 
Diasporpress.az