Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
11 Fevral, 12:52   |    Baxış sayı: 417

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

 

Diasporpress.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyana qalib gələrək finala çıxıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib.

S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.