Görkəmli teatr xadimi Mustafa Mərdanovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi açılıb
31 Avqust, 19:39   |    Baxış sayı: 62

Görkəmli teatr xadimi Mustafa Mərdanovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi açılıb

Milli Arxiv İdarəsi tərəfindən görkəmli teatr xadimi Mustafa Mərdanovun 125 illiyi münasibətilə sənətkarın həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi açılıb.

İdarədən Diasporpress.az-a bildirilib ki, virtual sərgidə sənətkarın həyat və fəaliyyətini özündə əks etdirən və Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər və fotoşəkillər yer alır.
 
Diasporpress.az