Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: Sabiq nazir külli miqdarda cərimə ödəyəcək
15 Oktyabr, 11:40   |    Baxış sayı: 66

Füzuli Ələkbərov üçün MƏHKƏMƏ ŞOKU: Sabiq nazir külli miqdarda cərimə ödəyəcək

Ölkədən qeyri-leaqal yolla valyuta axını yaradan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qanunun gücü qarşısında aciz duruma düşüb.

Məlumata görə, sabiq nazir özünə məxsus "İmprotex” Şirkətlər Qrupuna daxil olan təsisatların vasitəsilə şeytanın da ağlına gəlməyən bir sxem quraraq, ölkədən pul çıxarmaqla məşğul olub.

Sxemə diqqət edin: Ələkbərov əvvəlcə sahibi olduğu şirkətlərin biri ilə xaricdəki tərəfdaşı arasında imzaladığı müqavilə əsasında ölkəyə böyük həcmdə mal gətirilməsi nəzərdə tutulurmuş. Sonra müqavilədə göstərilən malın dəyərinin əhəmiyyətli hissəsi avans olaraq, valyuta şəklində xaricə göndərilsə də, reallıqda ölkəyə heç bir məhsul gətirilmirmiş.

Bu yolla ölkədən xeyli valyuta çıxarmağa müvəffəq olan sabiq nazirin fəaliyyəti nəhayət, dövlət qurumlarının diqqətini cəlb edib. Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatasının ətraflı araşdırması nəticəsində Füzuli Ələkbərovun növbəti fırıldağı ifşa olunub.

Məsələ ilə bağlı Prezident Adminstrasiyasına məlumat verən Palatanın apardığı təhqiqat nəticəsində Ələkbərovun "İmprotex” şəbəkəsinə məxsus "İmprotex Trucks and Buses” şirkətinin inşaatda tələb olunan maşın və texnikanın alınması üçün xarici şirkətə milyonlarla dollar avans ödəməsinin qarşılığında ölkəyə heç nə gətirilmədiyi müəyyən edilib.

Palatanın topladığı materiallar əsasında şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsinə (avans yoıu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ölkəyə müvafiq malların gətirilməməsi) uyğun olaraq, protokol tərtib edilir və iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilir.

Sabiq nazir bütün əlaqələrini işə salsa da, onun məsuliyyətdən kənar qalmaq cəhdləri nəticə vermir. Təqdim olunan sübutlar etibarlı sayılır və sabiq nazirin şirkəti əcnəbi tərəfdaşına göndərdiyi valyutanın 30 faizi miqdarında cərimələnir.

Lakin Nəsimi rayon Məhkəməsinin kəsdiyi bu cəza ilə razılaşmayan Ələkbərov qərardan apellyasiya şikayəti verib. Amma ilkin məhkəmə instansiyasının çıxardığı məlum qərarı qüvvədə saxlayan Apellyasiya məhkəməsi də Füzuli Ələkbərovu növbəti dəfə məyus edib. Bu isə onun kəsilən cəriməni ödəmək məcburiyyətində qaldığı anlamına gəlir.

www.yenicag.az