Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər
05 Dekabr, 12:27   |    Baxış sayı: 299

Fuad Muradov: Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərilə bilər

Diasporla İş üzrə Dövlət Komitəsinin "Strateji Yol Xəritəsi” işlənib-hazırlanıb.

Diasporpress.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində  keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir:

"Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-si maliyyələşdirilib. Ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub”.

F.Muradov bildirib ki, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı işlər görülür:

"Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır. Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır.

"Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis olunması ilə bağlı Qanun layihəsi hazırlanaraq təqdim olunub və artıq Milli Məclis onu qəbul edib”.

 

Diasporpress.az