Finlandiya 2019-cu ildə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti sayılıb
05 Sentyabr, 13:07   |    Baxış sayı: 75

Finlandiya 2019-cu ildə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti sayılıb

Finlandiya 2019-cu ildə vəhşi təbiət üzrə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti adlandırılıb.

Diasporpress.az bu barədə məlumatı Britaniyanın "True Luxury Travel” agentliyinə istinadla yayıb.

Qlobal Səyahətlər İndeksinə görə, Finlandiya bu sahədə dünyanın ən yaxşı turizm adı uğrunda 100-dən çox digər namizədi qabaqlayıb. Bildirilir ki, ölkə özünün ekoloji dayanıqlılığının yüksək səviyyəsinə, unikal növ müxtəlifliyinə, gözəl təbiət landşaftlarına və canlı təbiətin qorunub saxlanılmasına görə seçilib.

Agentlikdən deyiblər: "Bu nəticələr son ildə Finlandiyada turizmin səviyyəsinin sürətlə artması ilə də bağlı olub. İndeksə görə, Finlandiyanın bu mövqeni əldə etməsinə ölkə ərazisinin 73 faizindən çoxunun meşələrlə örtülməsi kömək edib”. Qeyd edək ki, Finlandiyanın qərb qonşusu – İsveç həmin indeksdə ikinci yeri tutub. Onların ardınca Braziliya, Kanada və ABŞ gəlir. Siyahıda 6-10-cu yerləri Norveç, İspaniya, Almaniya, Polşa və Sloveniya tutublar.
 
Diasporpress.az