FIFA-nın prezidenti “Qarabağ”ı təbrik edib
14 May, 15:57   |    Baxış sayı: 110

FIFA-nın prezidenti “Qarabağ”ı təbrik edib

FIFA-nın prezidenti Canni İnfantino "Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

DiasporPress.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurum rəhbərinin Milli Assosiasiyanın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir.

C.İnfantino məktubunda beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ”ı təbrik edib.