Estoniyada vətəndaşlıq qanunlarına dəyişiklik oluna bilər
10 Avqust, 20:37   |    Baxış sayı: 36

Estoniyada vətəndaşlıq qanunlarına dəyişiklik oluna bilər

Estoniya parlamentinin bir qrup deputatı hökumətə vətəndaşlıq qanunlarına dəyişikliklər olunması barədə layihə təqdim edib.

Diasporpress.az xəbər verir ki, yeni layihəyə əsasən, Estoniya ərazisində doğulmuş, yaşı 15 və daha aşağı olanlara vətəndaşlıq statusunun verilməsi təklif olunur. Lakin ölkənin Daxili İşlər Nazirliyi buna qəti etiraz edib. Onlar etirazın səbəbini ölkədə yarana biləcək qarışıqlıqla izah ediblər və deyiblər ki, Estoniya belə ciddi addıma hələ ki hazır deyil.

Qeyd edək ki, Estoniya qanunvericiliyinə əsasən, vətəndaşlıq ərizəsini yalnız ölkədə 8 il qanuni əsaslarla yaşamış şəxslər verə bilər.
 
Diasporpress.az