Estoniyada milli azlıqlar günü qeyd edilib
27 Sentyabr, 16:27   |    Baxış sayı: 70

Estoniyada milli azlıqlar günü qeyd edilib

Diasporpress.az xəbər verir ki, Tallində bu əlamətdar tarix münasibətilə təşkil edilən tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət Günü keçirilib. Tədbir Estoniya Mədəniyyət Nazirliyi, İntegrasiya Fondu, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, "İRS” Estoniya-Azərbaycan Gənclər Mərkəzinin dəstəyilə təşkil olunub.

Kristiina rayon icra başçisi Jaanus Riibenin, İnteqrasiya Fondunun, Azərbaycan və Türkiyə səfirliklərinin, eləcə də KİV nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizə həsr olunmuş film, rəqs, milli mətbəx nümunələri və s. nümayiş olunub.

Qeyd edək ki, Estoniya Milli Azliqlar Forumunun təsis konfransı 24 sentyabr 1988-ci ildə Tallinn Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcmasi həmin Forumun təsisçilərindən biri olub.