Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb
18 İyul, 10:42   |    Baxış sayı: 155

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Ermənistanın Ecevan şəhərində polislə etiraz aksiyasını iştirakçıları arasında toqquşma baş verib.

Diasporpress.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, toqquşmalar zamanı 13 nəfər xəsarət alıb:

"İcevanda toqquşmalar nəticəsində şəhərin tibb mərkəzinə 13 nəfər yerləşdirilib. Xəsarət alanlar lazımi müayinədən keçirlər... Onlar həkimlərin nəzarətində saxlanılırlar. Həkimlər xəsarət alanların bir hissəsini təkrar müayinədən sonra evə buraxacaqlar".
 
Diasporpress.az