Erməniləri məhv edən yol qəzaları - 159 ölü, 3017 yaralı
19 Avqust, 13:35   |    Baxış sayı: 124

Erməniləri məhv edən yol qəzaları - 159 ölü, 3017 yaralı

Ermənistanda avtomobil qəzasında ölən və xəsarət alanların sayı artıb. 

Diasporpress.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu il baş vermiş qəzaların sayı artmaqla yanaşı, qəzalarda ölənlərin və yaralananların sayı da ötən illərə nisbətən xeyli çoxalıb.

Belə ki, bu ilin 6 ayında Ermənistanda 2088 yol qəzası baş verib. Nəticədə 159 nəfər ölüb, 3017 nəfər isə müxtəlif bədən xəsarəti alıb. 

Cari illə müqayisədə 2018-ci ilin müvafiq dövründə 1711 qəza qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 138 nəfər, 2517 nəfər yaralanıb. 
 
Diasporpress.az