Erməni girovluğunda olan Azərbaycan vətəndaşı azadlığa buraxıldı
05 Fevral, 17:09   |    Baxış sayı: 212

Erməni girovluğunda olan Azərbaycan vətəndaşı azadlığa buraxıldı

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş” Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistana aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Diasporpress.az-a verilən məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olub.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

 

Qeyd edək ki, "Sputnik Armenia” agentliyinin məlumatına görə, E.Hüseynzadə Azərbaycana qayıtmaqdan imtina edib və üçüncü ölkəyə göndəriləcək.