Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladı
30 Avqust, 19:32   |    Baxış sayı: 114

Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladı

Türkiyə və Rusiya "Su-57" qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır. 

Diasporpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, "Su-57"lərin alışı ilə bağlı danışıqlar davam edir:

"Rusiyada "MAKS-2019" sərgisindən sonra bizim nazirliklərin nümayəndələri orada qalıblar və işləyirlər. Kredit və ortaq istehsal şərtlərimizi danışıqlar masasına qoyaraq hərəkət edəcəyik. ABŞ "F-35" qırıcılarının təchizatı ilə bağlı mövqeyini dəyişməzsə, bu vəziyyətdən çıxış yolu axtaracağıq",- deyə Ərdoğan bildirib. 

Qeyd edək ki, Rusiyada keçirilən "MAKS-2019" aviakosmik sərgisində iştirak edən Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə yeni nəsil "Su-57" döyüş təyyarəsinə baxış keçirib.
 
Diasporpress.az