Ölkə

ƏNGƏL olma, AGAH OL!

Bu videoçarx, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyi (AGAH) tərəfindən, “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” layihəsi çərçivəsində çəkilmişdir.

ƏNGƏL olma, AGAH OL!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu videoçarx, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyi (AGAH) tərəfindən, “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” layihəsi çərçivəsində çəkilmişdir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı hazırlanan bu videoçarx, millətimizin gələcəyi uğrunda mübarizə əzmini ortaya qoyan insanlara qarşı qərəzli münasibət sərgiləyənləri, birlik və bərabərliyimizi gücləndirmək üçün səy göstərmək əvəzinə bu istiqamətdə çalışanlara da min bir yolla maneə yaradanları tənqid etmək və belə yanaşmanın zərərli olduğunu cəmiyyətə düzgün bir şəkildə çatdırmağı hədəfləməkdədir..

Filmdə, MİLLƏTİMİZİN BİRLİK VƏ BƏRABƏRLİYİ üçün çalışan insanlara dəstək olmağın vacibliyi vurğulanaraq, “ƏGƏR DƏSTƏK OLA BİLMİRSƏNSƏ, ƏNGƏL DƏ OLMA” fikri izləyiciyə çatdırılır.

 

DiasporPress.az